Beyləqan rayon kitabxanası 1946-cı ildə yaradılmışdır. 3 nəfərdən ibarət işçisi olub.1975-ci ildən isə Beyləqan rayon kitabxanasının müdiri vəzifəsində Tağıyev Əzizağa Əliş oğlu işləmişdir. 1978-ci ildə Beyləqan rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi yaradılmışdır. Direktor Tağıyev Əzizağa Əliş oğlu təyin olunmuşdur. 2007-ci ildən MKS-nin direktoru vəzifəsinə Məmmədova Gültəkin Əkbər qızı təyin olunmuşdur.
MKS-i üzrə kitab fondu: 365 min 790 nüsxə
MKS üzrə oxucuların sayı: 30 min 115 nəfər
Kitab verilişi: 432 min 820
Mərkəzləşdirilmiş Kitabxana Sisteminə 2009-cu ildə Respublika Kitabxana kollektorundan 424 nüsxə, 1501 manatlıq kitab alınmışdır. Prezident İ.Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli sərancamı ilə nəşr olunmuş 6286 nüsxə,müəllifdən-8 nüsxə, M.F.Axundov kitabxanasından-179 nüsxə,”Azərnəşr”dən-60 nüsxə kitab kitabxanalaramıza hədiyyə edilmiş, həmin kitablar alınmış və kitabxana filiallarına paylanmışdır.
Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi, Gənclər, Şəhər, Uşaq və kitabxana filiallarında mütəmadi olaraq vətənpərvərlik,hərbi-vətənpərvərlik və mədəni hamillik işi ilə əlaqədar 20 Yanvar Milli matəm günü ilə əlaqədar “Qəhrəmanlıq və məğrurluq günü”, Xocalı faciəsinin 17-ci ildönümü ilə əlaqədar “Xocalı qanımızla yazılan tariximizdir”, mövzularda ədəbi-bədii kompozisiya keçirilmişdir.Əlağa Cəfərlinin “Puç olmuş arzular”, Yusif Əhmədovun “Torpağa tökülən qan” və Fazil Güneyin “Qara qan” adlı kitablarının müzakirəsi,31 Mart Azərbaycanlılaın soyqırımı günü ilə əlaqədar “Torpağımıza və millətimizə qənim kəsilənlər” mövzusunda anım mərasimi keçirilmişdir.
8 Mart Beynəlxalq Qadınlar günü ilə əlaqədar “Ömrümüzün bəzəyidir qadınlar”, 20-21 Mart Novruz bayramı münasibəti ilə “Gözəllik və bərəkət bayramı” ədəbi-bədii gecə keçirilmişdir.
Kəlbəcər,Şuşa,Laçın,Ağdam,Füzuli,Qubadlı,Zəngilan rayonlarının erməni qəsbkarları tərəfindən işğalı ilə əlaqədar “Özündən səngərli,qalalı dağlar”, “Gözü yolda qalan Şuşam”, “Darıxmayın qarlı dağlar”, “Əsirlikdə qalan torpaqlar”, “Doğma torpaqlarımız ikiyə bölünüb” mövzularında məruzə,mühazirə,anım mərasimi keçirilmişdir.
Faşizm üzərində qələbənin 64 illiyi ilə əlaqədar “Unudulmaz qəhrəmanlar”, “Alovdan keçmiş ömür”, “Tarixi qələbə”, “9 May-haqqın,ədalətin qələbəsi” və s. mövzularda sərgi,məruzə,mühaziə,görüş keçirilmişdir.
Görkəmli akademik Zərifə Əliyevanın “Gözəllik, nəciblik,xeyirxahlıq mücəssəməsi” başlıqda foto sərgisi,guşəsi təşkil edilmişdir.
Dahi rəhbər,ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü ilə əlaqədar “Müasir Azərbaycanın yaradıcısı” mövzusunda məruzə,mühazirələr keçirilmişdir.
2009-cu il “Uşaq ili” ilə əlaqədar “Çiçəklərə günəş,uşaqlara sülh” adlı ədəbi-bədii kompozisiya və Uşaqların Beynəlxalq müdafiəsi ilə əlaqədar “Uşaqlar gülərsə dünya güləcək”, “Uşaq bir dünyadır”, “Bu günün uşaqları gələciyin gəncləridir” və s.mövzularda foto güşə,stend,məruzə,mühazirə,sərgi və söhbətlər keçirilmişdir.
Milli Qurtuluş günü ilə əlaqədar “Qurtuluş nicat günümüzdür”, “Dönüş yaradan tarix”, Qurtuluşun əsasını qoyan qayıdış” və s.mövzularda məruzə,mühazirə,sərgi,söhbət və elmi praktiki konfrans keçirilmişdir.
Beynəlxalq bilik günü münasibəti ilə əlaqədar “Vətənə hərtərəfli biliyə malik gənclər lazımdı”, “Yeni dərs ili-yeni arzular” və s.mövzularda məruzə,mühazirə,sərgi və söhbətlər keçirilmişdir;
Azərbaycan Dövlət müstəqilliyi ilə əlaqədar “Müstəqilliyimiz əbədidir”, “Müstəqillik əbədidir”, “Yaddaşlarda qalan tarixi gün” və s.mövzularda məruzə,mühazirə,sərgi və söhbətlər keçirilmişdir;
Milli Dirçəliş günü ilə əlaqədar “Milli qürur günü”, “Tarixin dirçəliş yolu”, “Xalqın taleyində tarixi dönüş”, “Müstəqil Azərbaycanın yeni tarixinin başlanğıcı” ” və s.mövzularda məruzə,mühazirə,sərgi və söhbətlər keçirilmişdir;
Beyləqan rayon MKS-nin kitabxana filiallarında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 aprel 2007-ci il tarixli “Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması” və 06 oktyabr 2008-ci il tarixli “Azərbaycan Respublikasında Kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncamları həyata keçirilir.Bu proqramı əldə rəhbər tutaraq kitabxanaçılarımaz işlərini günün tələbləri səviyyəsində qururlar.
Beyləqan rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi 1 Mərkəzi rayon, 1 Uşaq, 1 Gənclər, 1 Şəhər, 1 Mübadilə şöbəsi, 1 Kitabişləmə şöbəsi, Metodiki iş və biblioqrafiya şöbəsi və 43 kənd kitabxana filialını özündə birləşdirir. Kitabxanalarda 88 nəfər çalışır.
1. “Metodiki iş və biblioqrafiya” ;
2. Mərkəzi rayon kitabxanasının kitab fondu 35455 nüsxə, oxucuların sayı 1890 nəfər, kitab dövriyyəsi 30010-dur;
3.Sevil Qazıyeva adına “Gənclər” kitabxanasının kitab fondu 9828 sayda, kitab dövriyyəsi 15968, oxucuların sayı 1564 nəfər olmuşdur.
4. H.Mədətov adına Uşaq kitabxanasının kitab fondu 12919 nüsxə, oxucuların sayı 1561 nəfər, kitab dövriyyəsi 17608
5. “Kitabişləmə və komplektləşdirmə” şöbəsi;
6.Şəhər kitabxanasını kitab fondu 7218 nüsxə, oxucularının sayı 782 nəfər, kitab dövriyyəsi 7898 kitabdır.
Fəal oxucular
1.Quliyeva Vüsalə Zülfüqar qızı-1979-cu ildə anadan olub.7 illik musiqi məktəbində müəllmə işləyir.Orta ixtisas təhsillidi.
2.Quliyeva Günel Vəkil qızı-1988-ci ildə Beyləqan rayonunda anadan olub.Tələbədir.Sumqayıt Dövlət Universitetinin IV kurs tələbəsidir.
3.Fərhadzadə Könül Arif qızı-1992-ci ildə Beyləqan rayonunda anadan olub.Bakı İdarəetmə və Texnologiya kollecinin I kurs tələbəsidir.
4.İbrahimova Nuranə Əhməd qızı-1993-cu ildə Beyləqan rayonunda anadan olub.Beyləqan şəhər 2 saylı orta məktəbin XI sinif şagirdidir.
5.Qasımova Gülçöhrə İldırım qızı-1955-ci ildı Beyləqan rayonunda anadan olub.Orta təhsillidir.Evdar qadındır.
|